An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.
NOCOMMENT.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Axtarış-xilasetmə qrupu tərəfindən An-26 təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, təyyarənib qayaya çırpıldığı vurğulanır.
Hazırda hadisə yerində Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası çalışır. Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir./axar.az