Bakıda ər-arvad kirayə yaşadıqları mənzildə ölü tapılıblar.
"Cebheinfo.az" xəbər verir ki, hadisə ötən gecə Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü arvadının meyiti kirayə yaşadığı Araz Novruzov küçəsi 26 ünvanındakı fərdi yaşayış evində aşkarlanıb.
Onların dəm qazından zəhərlənərək öldüyü bildirilir.
Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"