EN

Rusiyada neft-kimya zavodunda baş vermiş partlayışla əlaqədar matəm elan edilib

Bakı. Trend:

Nijnekamsk şəhərinin meri Radmir Belyayev “Nijnekamskneftxim” (SİBUR” şirkətinə daxildir) neft-kimya zavodunda baş vermiş qəza vəinsanların həlak olması ilə əlaqədar Nijnekamskda üç günlük matəmelan edib.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Hadisə ilə əlaqədar bütün əyləncə və kütləvi tədbirlər ləğvolunub. Müəssisə binalarında dövlət bayraqları yarıyaendiriləcək.

Xatırladaq ki, martın 31-də “Nijnekamskneftxim” neft-kimyazavodunda partlayış, ardınca isə güclü yanğın baş verib. Üç nəfər,o cümlədən bir yanğınsöndürən həlak olub, 72 nəfər xəsarət alıb,onlardan 21-i xəstəxanaya yerləşdirilib.

""Nijnekamskneftxim"in sintetik kauçuk istehsalı müəssisəsindəavadanlığın hermetikliyinin pozulmasının nəticələrinin aradanqaldırılması işləri zamanı hələlik müəyyən edilməmiş mənbədən qazqarışığının alovlanması və bunun ardınca partlayış baş verib", –deyə şirkət bildirib.

Hadisə ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 217-ci maddəsi(təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyitələblərinin pozulması) üzrə istintaq başlanılıb.

Məqalədə:
Chosen
32
19
az.trend.az

10Sources