EN

Masazırda yeni çəkilən yol niyə çöküb? AAYDA dan AÇIQLAMA

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb.

 

MÖVZU İLƏ BAĞLI: 

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi haisə ilə bağlı açıqlama yayıb.Bildirilib ki, hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib:“Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub. Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır”.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
7
bizim.media

10Sources