Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Vladimir Putin ilə görüş zamanı ölkədə yaxın vaxtlarda parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Paşinyan bu seçkilərdən sonra ölkədə yeni baş nazirin müəyyənləşəcəyini bildirib.
Onun sözlərinə görə, seçki prosesində yalnız Ermənistan vətəndaşları iştirak edə biləcək. Baş nazir xüsusi vurğulayıb ki, Rusiya pasportu daşıyan şəxslər nə parlamentə namizəd ola, nə də baş nazir postuna iddia irəli sürə bilərlər.
Musavat.com