EN

Səhər rutini günü formalaşdırır: Daha yaxşı başlamaq üçün 4 effektiv üsul

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bir çox insan səhər rutinlərini vərdiş halında davam etdirərkən, günün ilk saatlarının günün geri qalanına necə təsir etdiyini çox vaxt nəzərə almır. Halbuki mütəxəssislərin fikrincə, səhər saatları enerji, diqqət və ruh halı üzərində həlledici rol oynayır.

Milli.Az xəbər verir ki, yaxşı bir səhər əslində bir əvvəlki axşamdan başlayır. 

"Time Management Essentials" kitabının müəllifi Anna Dearmon Kornick bildirir ki, yuxu saatlarını nizama salmaq fiziki və zehni sağlamlıq üçün çox vacibdir. Hər gün eyni saatda yatıb-oyanmaq ruh halını tarazlayır.

Çantanı qapının yanında qoymaq, qəhvə maşınını nizamlamaq və ya geyimi axşamdan seçmək kimi kiçik addımlar səhər stresini azaldır. Bu, beynin səhər saatlarında "nə edim?" sualı ilə yorulmasının qarşısını alır.

Klinik psixoloq Deepika Chopra "prospection" (gələcəyi öncədən görmə) adlanan üsulu tövsiyə edir. Yataqdan qalxmazdan əvvəl gün ərzində yaşayacağınız müsbət bir anı (məsələn, dadlı bir çay içmək və ya sevdiyiniz biri ilə görüşmək) zehninizdə canlandırın. Bu proses beynin motivasiyasını artırır və güne daha optimist başlamağı asanlaşdırır.

Səhər saatlarında işığa məruz qalmaq bədəni "oyanış" rejiminə keçirir.

Ən azı 20 dəqiqə təbii gün işığı almaq diqqəti artırır.

Qısa müddətli fiziki aktivlik (məsələn, rəqs etmək və ya qısa yürüş) dopamin səviyyəsini yüksəldir və enerjinizi bərpa edir.

U.C.L.A. Mindful mərkəzinin direktoru Diana Winston "glimpse practices" adlanan qısa fasilələrin önəmini vurğulayır. Bu, gün ərzində bir neçə saniyəlik dayanıb sadəcə olduğunuz anı və nəfəsinizi hiss etməyi ehtiva edir. Bir fincan çay içərkən gökyüzünü izləmək və ya nəqliyyatda gedərkən nəfəsə fokuslanmaq zehninizi tarazlayacaq.

Öncədən hazırlıq stresi və qərar yükünü azaldır - Paltarları axşamdan hazırlayın

Vizualizasiya motivasiyanı və ruh halını yüksəldir - Gündəlik xoş bir anı xəyal edin

Gün işığı bioloji saatı tənzimləyir - 20 dəqiqə açıq havada olun

Qısa fasilələr zehni tarazlığı qoruyur - Anı hiss etmək üçün bir neçə saniyə durun.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
1
news.milli.az

10Sources