EN

Həsən Ruhanidən müharibə ilə bağlı ÇAĞIRIŞ

İranın sabiq prezidenti Həsən Ruhani ölkə siyasətində fundamental islahatlara çağırış edib və İranın müqaviməti davam etdirməklə yanaşı, müharibəni ləyaqətlə bitirməyə hazırlaşmalı olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, o, bu barədə çıxışında "Qəhrəmancasına müqavimətlə yanaşı, ölkənin və xalqın mənafeləri naminə müharibəni ləyaqətlə başa vurmağa hazır olmalıyıq" deyə vurğulayıb.

Ali Milli Təhlükəsizlik Şurasına müraciət edən sabiq prezident bildirib ki, qurum təcili qaydada müharibənin davam etdirilməsi və ya dayandırılması ilə bağlı müxtəlif ssenariləri hüquqi qərar qəbulu prosesinə daxil etməlidir.

Ruhaninin sözlərinə görə, ölkəni və mövcud sistemi qorumaq üçün siyasətin formalaşdırılması sahəsində dərhal köklü islahatlara ehtiyac var, çünki xalq öz mövqeyini hakimiyyətə artıq aydın şəkildə çatdırıb.

Sabiq dövlət başçısı həmçinin Fars körfəzindəki adalara hücumların qarşısının alınması və Hörmüz boğazı üzərində nəzarətin saxlanılması üçün milli resursların əlaqələndirilməsinin vacibliyini qeyd edib.

Musavat.com

Chosen
40
50
musavat.com

10Sources