EN

Dövlət əmlakı olan 40 nəqliyyat vasitəsi hərracda satılıb - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən aprelin 1-də keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.

ƏMDX-dən "Unikal"a bildirilib ki, hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 7, 14, 21 və 28 aprel tarixlərində keçiriləcək. Ümumilikdə hərraclara 3 obyekt və 130 nəqliyyat vasitəsi çıxarılıb. Daşınmaz əmlaklar Bakı, Sumqayıt və Şəki şəhərlərində yerləşir.

Chosen
24
8
unikal.az

10Sources