Bakının mərkəzi küçəsində hərəkət zolaqlarının sayı artırıldı
Bakının Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılaraq 5-ə çatdırılıb.Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bununla da həmin hissədə yolun buraxıcılıq qabiliyyəti artırılıb.