EN

Ödənişsiz təhsil alan tələbələrdən ödəniş tələb olunmasına RƏSMİ REAKSİYA

Modern.az saytına istinadən ain.az xəbər verir.

Maliyyə Nazirliyi Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrdən ödəniş tələb olunmasına münasibətini açıqlayıb.

Modern.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, ötən il dövlət büdcəsindən universitetə ümumilikdə 5 milyon 76,6 min manat, o cümlədən təhsil xərcləri üzrə 3 milyon 596,6 min manat, təqaüd xərcləri üzrə isə 1 milyon 480,0 min manat ayrılıb.

Həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtında universitetin hesabına köçürülüb və dövlət sifarişi ilə təhsil alan 1 539 tələbənin, o cümlədən 2025-ci ildə qəbul olunmuş 538 tələbənin maliyyələşdirilməsini tam əhatə edib.

Bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsində universitetə dövlət büdcəsindən ayrılan vəsait 7,2 % artımla nəzərdə tutulub. Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5 milyon 443,5 min manat, o cümlədən 3 milyon 742,0 min manat təhsil, 1 milyon 701,5 min manat təqaüd xərcləri kimi planlaşdırılıb. ("Report")

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
7
modern.az

9Sources