EN

Saat 11:00-da işıq kəsiləcək -

Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Metbuat.az xəbər verir ki, bu gün Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göytəpə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
24
17
metbuat.az

10Sources