Bakı. Trend:
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müaviniHidayət Əzimov ölkəmizdə izgüzar səfərdə olan TürkiyəRespublikasının Müdafiə Sənayesi Komitəsi sədrinin müavini HakanKarataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Müdafiə SənayesiNazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki qurum arasında əməkdaşlığınhüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmışAnlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib və buistiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədiləmüvafiq icra müqaviləsi imzalanıb.
H.Karataş və H.Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universitetivə Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.