EN

Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb

BAKI, TurkicWorld

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə izgüzar səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə TurkicWorld-ə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki qurum arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib və bu istiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədilə müvafiq icra müqaviləsi imzalanıb.

H.Karataş və H.Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.

Chosen
15
12
turkic.world

10Sources