EN

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib

Aprelin 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi ümumi qrant müsabiqəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və Mədəniyyət TV-nin media tərəfdaşlığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib.

Akademik Milli Dram Teatrında baş tutan tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Aprel döyüşləri şəhidi, “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində başladığı şanlı yol sonradan 44 günlük Vətən müharibəsində böyük Qələbə ilə nəticələnib. Aprel döyüşlərində qəhrəmanların açdığı cığırla irəliləyən Azərbaycan əsgəri onların missiyasını layiqincə davam etdirərək torpaqlarımızın azadlığını təmin edib və şəhidlərin qisasını alıb. Bu baxımdan, Aprel döyüşləri müasir tariximizdə Qələbəyə aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır.

Ədəbi-bədii gecədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri, Aprel döyüşləri şəhidi Nurlan Əsgərovun və Vətən müharibəsi şəhidi İntiqam Əsgərovun anası Ziba Əsgərova, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramovun və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova çıxış ediblər.

Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri çıxışı zamanı Aprel döyüşlərində şəhid olmuş 90 qəhrəmanın adını bir-bir səsləndirib. Bu təsirli məqam zalda xüsusi duyğusal anlar yaşadıb və iştirakçılar tərəfindən dərin ehtiramla qarşılanıb.

Chosen
20
32
publika.az

10Sources