EN

Tale Heydərov iş adamı ilə razılığa gəlib - Azad olunmasına etiraz etmir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun 12 milyon manatının ələ keçirilməsi ilə bağlı məhkəmə başlayıb.

“Qafqazinfo”nun məlumatına, Heydərovun aldadılması ilə bağlı iki məşhur iş adamı ittiham edilsə də, indi onlardan biri - “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev mühakimə olunur.
Gənc biznesmen həbsdə saxlanılır, Bakı Ağır Cinayətlər Məhkəməsinə kanvoyun müşayiəti ilə gətirilib. 
Müdafiə tərəfini təmsil edən vəkillər prosesdə iştirak etmədiyi üçün bugünkü iclas təxirə salınıb. 
Əldə etdiyimiz məlumata görə, Tale Heydərov artıq İntiqam Səfərəliyevlə razılıq əldə edib. O, daha əvvəl nümayəndəsi vasitəsilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin həbsdən azad olunmasına etiraz etmədiyini bildirib. Bu barədə notarial qaydada təsdiq edilmiş sənəd də bu gün məhkəməyə təqdim olunub.
Tale Heydərova dəymiş 11 milyon 903 min manat ziyanın ödənilib-ödənilmədiyi və tərəflər arasında razılaşmanın hansı şərtlə əldə olunduğu hələlik məlum deyil. Ona görə ki, nümayəndənin təqdim etdiyi sənəd bu gün elan edilməyib.
İşin gedişatını diqqətdə saxlayacağıq. 
Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl  Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.
Chosen
25
11
yenilik.az

10Sources