Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslamRespublikasının Prezidenti Məsud Pezeşkiana minnətdarlığınıbildirib.
Trend xəbər verir ki, Prezident İlham Əliyevin"X" hesabında bununla bağlı paylaşım edilib.
Paylaşımda deyilir:
"İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident MəsudPezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görətəşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksəkqiymətləndirilir.
Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub vəhəm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağadavam edəcəyik."