ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətim zamanı Azərbaycan hökumətinin və xalqının göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdim.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı telefon danışığı barədə X hesabında yazıb.
“Dost və qardaş xalqlar çətin anlarda bir-birinin yanında olur, sivilizasiya kökləri nə qədər dərindirsə, bu bağ da bir o qədər güclü olur", - Pezeşkian bildirib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.