AZ

"Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm" - Pezeşkiandan PAYLAŞIM

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan hökumətinin və xalqının ölkəsinə göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirir.

SİA xəbər verir ki, Pezeşkian bunu Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı telefon danışığı barədə "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətim zamanı Azərbaycan hökumətinin və xalqının göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdim. Dost və qardaş xalqlar çətin anlarda bir-birinin yanında olur, sivilizasiya kökləri nə qədər dərindirsə, bu bağ da bir o qədər güclü olur", - İran Prezidenti bildirib.

Mətləb

Seçilən
12
10
sia.az

10Mənbələr