AZ

Prezident İlham Əliyev dəstəyə görə İran İslam Respublikasının Prezidentinə təşəkkür edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslamRespublikasının Prezidenti Məsud Pezeşkiana minnətdarlığınıbildirib.

Trend xəbər verir ki, Prezident İlham Əliyevin"X" hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

"İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident MəsudPezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görətəşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksəkqiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub vəhəm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağadavam edəcəyik."

Seçilən
33
7
az.trend.az

10Mənbələr