EN

“Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasındadır” – Rəsmi Bakı

4 Aprel – Mina Təhlükəsi və Minatəmizləmə Fəaliyyətinə Dəstək üzrə Beynəlxalq Gün münasibətilə Azərbaycan minaların yaratdığı ağır humanitar təsirlərin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiqləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında yayılan bəyanatda bildirilib.

“Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda davam edir, bərpa işlərini ləngidir və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur. Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qalır.

Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətlərinə və zərərçəkənlərə yardımın gücləndirilməsinə çağırırıq. Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”, - bəyanatda qeyd edilib.

Bizim.Media

Chosen
16
12
bizim.media

10Sources