AZ

Azərbaycanda minalar insan həyatı üçün ciddi təhlükə olaraq qalırVİDEO

Mina təhlükəsi bu gün dünyanın bir çox münaqişə yaşamış regionları üçün əsas problemlərdən biri olaraq qalır.

Partlamamış hərbi sursatlar yalnız insanların həyatına risk yaratmır, eyni zamanda, sosial-iqtisadi inkişafı da ləngidir. Azərbaycan da işğaldan azad edilmiş ərazilərin geniş miqyasda minalanması səbəbindən bu problemlə üzləşən ölkələr sırasındadır.

Xezerxeber.az-ın məlumatına görə, hərbi ekspert Ədalət Verdiyev bildirir ki, mina təhlükəsi illərdir davam edir və çoxsaylı insan tələfatına səbəb olub.

Minalanmış ərazilər yalnız insan həyatı üçün təhlükə yaratmır, eyni zamanda, bərpa və quruculuq işləri üçün də ciddi maneə törədir. İnfrastruktur layihələrinin həyata keçirilməsi, yolların çəkilməsi və yaşayış məntəqələrinin bərpası prosesində mina təhlükəsi işlərin tempinə birbaşa təsir göstərir. Statistik göstəricilər də problemin miqyasını aydın ortaya qoyur.

Xatırladaq ki, 2020-ci ilin noyabrından bu ilin aprelinə qədər 259 mina hadisəsi qeydə alınıb. Həmin dövrdə 421 nəfər mina qurbanı olub. Onlardan 72-si həyatini itirib, 349 nəfər isə xəsarət alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
27
14
xezerxeber.az

10Mənbələr