EN

Rəsmi Bakıdan ÇAĞIRIŞ: Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qalmaqdadır

“4 aprel – Mina Təhlükəsi və Minatəmizləmə Fəaliyyətinə Dəstək üzrə Beynəlxalq Gün münasibətilə Azərbaycan minaların yaratdığı ağır humanitar təsirlərin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiqləyir”.

Aznews.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yayılan bəyanatda deyilir.

Bəyanatda deyilir:

“Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda davam edir, bərpa işlərini ləngidir və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur.

Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qalır.

Chosen
12
12
aznews.az

10Sources