EN

Boşanmasından danışdı: Allaha çox minnətdaram

Rusiyalı boksçu, dünya çempionu Dmitri Bivol uğursuz evliliyinin müsbət tərəflərindən danışıb.

Publika.az xəbər verir ki, Bivol 16 illik evlilikdən sonra 2023-cü ildə həyat yoldaşı Yekaterinadan boşanıb. Daha sonra keçmiş həyat yoldaşı boksçunu sosial mediada sərt tənqid etdi.

“Deyə bilərəm ki, həyatda mənə verdiyi fürsətlərə görə Allaha çox minnətdaram. Uşaq sahibi olmağın nə demək olduğunu yaşamaq. Uşaq sahibi olduğum üçün həqiqətən minnətdaram. Bu, mənim üçün inanılmaz bir nemətdir”, – Bivol Qriqori Drozd ilə müsahibəsində deyib.

Chosen
13
10
publika.az

10Sources