Kriştiano Ronaldo karyerasında 967-ci qolunu vurub.
QOL.az xəbər verir ki, o, “Əl-Nəsr"in heyətində Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turunda "Əl-Nəcmə" ilə matçda (5:2) dubl edib.
Portuqaliya millisinin 41 yaşlı oyunçusunun matçdakı ikinci, karyerasındakı 967-ci qolu əvvəlcə qeydə alınmayıb. Lakin VAR-a baxıldıqdan sonra qolun qaydalar çərçivəsində vurulduğu müəyyənləşib.
Beləliklə, Ronaldo 1000 qol hədəfinə bir qədər də yaxınlaşıb.