Apasport saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kadi Borqes “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.
Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub.
O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını “40”a çatdırıb.
Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.
Qeyd edək ki, Borqes “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.
Son 10 mövsümün azarkeş rekordu qırılıb
“Zirə” Azərbaycan çempionu oldu
“Qarabağ” - “Sabah” matçında bərabərlik - YENİLƏNİB
Yunis Hüseynov: “VAR baş hakimi monitora dəvət etməli idi”
Ehtiram Quliyevdən sərt sözlər: Ona haqqımız haram olsun
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.