Misli Premyer Liqasının 24-cü turunda “Zirə” “Qarabağ”ı qəbul edib.
“İki sahil” yazır ki, görüşün 22-ci dəqiqəsində ağdamlıların futbolçusu Joni Montiel hesabı açıb. 55-ci dəqiqədə isə Kamilo Duran qonaqların üstünlüyünü iki topa yüksəldib.
70-ci dəqiqədə Ceyhun Nuriyev buraxılan qollardan birinin əvəzini çıxsa da 72-ci dəqqədə Kadi Borqes “Qarabağ”ın üstünlüyünü yenidən iki topa yüksəldib – 1-3. Yarış bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
24-cü tur
14 mart (şənbə)
19:15. “Zirə” 1-3 “Qarabağ”
Qollar: Joni Montiel, 22 (0-1), Kamilo Duran, 55(0-2), Ceyhun Nuriyev, 70 (1-2), Kadi Borqes, 72 (1-3)
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Zirə İdman Kompleksinin stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”