AZ

"Qarabağ" "Zirə"ni məğlub edib

Misli Premyer Liqasında 24-cü tur davam edir. 

Hit.az xəbər verir ki, bu günə nəzərdə tutulan ikinci matçı da başa çatıb.

Günün ikinci matçında “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Ağdam klubu 52 xalla ikinci, Rəşad Sadıqovun komandası isə 39 xalla dördüncüdür. Bu komandaların ilk iki dövrədəki oyunları 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

 

14 mart (şənbə) 19:15. 

“Zirə” - “Qarabağ” - 1:3

 

Qollar: Joni Montiel, 22 (0:1), Kamilo Duran, 55 (0:2), Ceyhun Nuriyev, 70 (1:2), Kadi Borqes, 72 (1:3)

 

Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli

VAR: Nicat İsmayıllı

AVAR: Emin Əliyev

Zirə İdman Kompleksinin stadionu

Seçilən
30
21
hit.az

10Mənbələr