AZ

Premyer Liqa: “Qarabağ” “Zirə”ni məğlub etdi

Azərbaycan Premyer Liqasının XXIV turunun növbəti oyununda “Zirə” “Qarabağ”ı qəbul edib.

Moderator.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Fərid Hacıyevin idarə etdiyi matçda “qartallar”dan Ceyhun Nuriyev (70-ci dəqiqə), “köhlən atlar”dan isə Joni Montiel (22), Kamilo Duran (55), eləcə də Kadi Borges (72) fərqləniblər.

Bununla da ikinci pillədə qərarlaşan “Qarabağ” xallarının sayını 52-yə çatdırıb. “Zirə” 39 xalla dördüncüdür.

Qeyd edək ki, turun digər oyunları martın 15-də keçiriləcək.

Seçilən
36
23
moderator.az

10Mənbələr