AZ

"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasında 24-cü tur davam edir.

Bizim.Media xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb..

Əvvəlcə “İmişli” Qubada “Sabah”ı qəbul edib. Matç paytaxt təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Hazırda paytaxt klubu 59 xalla liderdir, bölgə təmsilçisi isə 22 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu komandaların ilk iki dövrədəki oyunlarında tərəflər hərəyə 1 qələbə qazanıblar. “İmişli” bir, “Sabah” isə üç cavabsız qolla sevinib.

Günün ikinci matçıdan isə “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Ağdam klubu 52 xalla ikinci, Rəşad Sadıqovun komandası isə 39 xalla dördüncüdür. Bu komandaların ilk iki dövrədəki oyunları 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

14 mart (şənbə)

19:15. “Zirə” - “Qarabağ” - 1:3

Qollar: Joni Montiel, 22 (0:1), Kamilo Duran, 55 (0:2), Ceyhun Nuriyev, 70 (1:2), Kadi Borqes,
72 (1:3)

Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli

VAR: Nicat İsmayıllı

AVAR: Emin Əliyev

Zirə İdman Kompleksinin stadionu

15:00. “İmişli” - “Sabah” - 0:5

Qollar: Stiv Solvet, 11 (0:1), Coy Lens Mikels, 15-pen. (0:2), 35 (0:3), Kahim Parris, 49 (0:4), Aleksey İsayev, 71-pen. (0:5)

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov

VAR: Əliyar Ağayev

AVAR: Zöhrab Abbasov

Quba OİK stadionu

15 mart (bazar)

15:00. “Kəpəz” - “Turan Tovuz”

18:00. “Qəbələ” - “Neftçi”

13 mart (cümə)

“Sumqayıt” - “Şamaxı” - 0:1

“Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1

Bizim.Media

Seçilən
9
21
bizim.media

10Mənbələr