İraqda vurulan ABŞ-yə məxsus pilotsuz uçuş aparatı (PUA) sosial şəbəkədə satışa çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı istifadə olunan və daha sonra vurulan PUA-nın qalıqları yerli sakinlər tərəfindən tapılıb.
Həmin aparatın hissələri “TikTok” platformasında canlı yayım zamanı satışa çıxarılıb və böyük marağa səbəb olub.
Bildirilir ki, satışa çıxarılan aparat ABŞ-nin istifadə etdiyi kamikadze tipli pilotsuz uçuş aparatına bənzəyir. Sosial şəbəkələrdə yayılan görüntülərdə İraqdan olan şəxsin PUA hissələrini göstərərək satış təklifi etdiyi görünür.