ain.az bildirir, Bizimyol portalına istinadən.
Ermənistanın KTMT və İƏT-dən çıxacağı gözlənilmir.
Bizimyol.info xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan açıqlayıb.
“Qaz və malların qiymətləri ilə bağlı bu cür müzakirələr yeni deyil, illərdir davam edir. Əgər belə bir qərar qəbul olunsa, Ermənistan öz mövqeyini bildirəcək və lazım gələrsə, həm KTMT-dən, həm də İƏT-dən çıxacaq. Amma buna ehtimal vermirəm, çünki iki ölkənin rəhbərləri arasında çox səmərəli və işgüzar bir söhbət olub”, – deyə Simonyan Moskva görüşü barədə danışarkən bildirib.
O əlavə edib ki, bu cür mövzular liderlərin açıq danışığında nadir hallarda müzakirə olunur. “Bu bir prosesdir, danışıqlardır və müsbət tərəfləri də əhatə edir. Biz Rusiyaya qarşı heç nə etməmişik, etmirik və etməyi planlaşdırmırıq. Amma eyni zamanda Ermənistanın maraqlarını qoruyuruq və qoruyacağıq”, – deyə spiker vurğulayıb.
Görüşdən sonra Baş Nazir Nikol Paşinyan da müzakirələri “çox uğurlu” saydığını bəyan edib.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə ölkə mətbuatına müsahibəsində bildirib ki, Ermənistan çox yaxın bir nöqtəyə gəlib, bundan sonra Rusiyanın onunla iqtisadi münasibətlərini fərqli şəkildə qurmaq məcburiyyətində qalacağı an yaxınlaşır. O vurğulayıb ki, İƏT-də qərarlar konsensus əsasında qəbul olunur və heç bir qərar Ermənistanın maraqlarına zidd olmayacaq. Eyni zamanda, Overçuk Ermənistan biznes nümayəndələrinə Avropa Birliyinə məhsul satışının perspektivlərini real qiymətləndirməyi tövsiyə edib.
Rusiya tərəfi Ermənistanla münasibətlərin praktiki olaraq bütün sahələr üzrə detallı mövqeyini də təqdim edib. Müzakirələrdə Ermənistan dəmir yolları üzrə koncessiya, regional kommunikasiya və dəmir yolu daşımalarının Azərbaycan və Gürcüstan vasitəsilə açılması, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq, AB-nin regiondakı fəaliyyəti, yeni AES-in tikintisi, “Tramp marşrutu” layihəsi və digər məsələlər müzakirə olunub.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.