Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxa biləcəyini açıqlayıb.
NOCOMMENT.az-ın məlumatına görə, Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib ki, əgər Rusiya qaz və digər məsələlərlə bağlı Ermənistan əleyhinə qərarlar qəbul edərsə, İrəvan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də Avrasiya İqtisadi Birliyi-ndən çıxa bilər.

“Əgər Rusiya qaz və digər məsələlərlə bağlı qərar qəbul edərsə, biz həm KTMT-dən, həm də AİB-dən çıxacağıq, amma düşünmürəm ki, bu, belə olacaq”, – deyə o bildirib.
Simonyan qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlər daha da pisləşərsə, rəsmi İrəvan bu addımı ata bilər. Bununla belə, o, vəziyyətin bu səviyyəyə çatmayacağına ümid etdiyini də vurğulayıb.
Qeyd edək ki, son dövrlər Ermənistan ilə Rusiya arasında siyasi və hərbi sahədə münasibətlərdə gərginlik müşahidə olunur.