“Liverpul”un sabiq futbolçusu Con Barns ispaniyalı mütəxəssis Xabi Alonsonun komandanın baş məşqçi postuna mümkün təyinatı barədə fikirlərini bölüşüb.
Sportinfo.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, ingiltərəli azarkeşlərin Alonso ilə bağlı həyəcanını başa düşdüyünü bildirib:
“Alonso klubun sevimlilərindəndir. Amma o, “Real”da uğursuz olmadımı?
Mən onun yaxşı məşqçi olduğunu inkar etmirəm, ancaq nəticələrə görə işdən çıxarılmışdı”.
O, əlavə edib ki, hazırkı baş məşqçi Arne Slotun komandada qalmasını daha məqsədəuyğun hesab edir.
“Liverpul” hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasında isə 1/4 finala yüksəlib və PSJ ilə üz-üzə gələcək.