EN

Ronaldo ''bismillah'' deyib qol vurdu...

Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda lider ''Əl-Nəssr'' sonuncu pillədəki ''Əl-Nəcmə''ni qəbul edib. Ər-Riyad təmsilçisi 5:2 hesablı inamlı qələbə qazanıb.

Düzdü, 55-ci dəqiqəyə qədər hesab 2:2 idi. Kriştiano Ronaldo bu qarşılaşmada dubl edərək peşəkar karyerasında vurduğu qolların sayını 967-yə çatdırıb. İndi onu tarixi 1000 qol hədəfindən cəmi 33 qol ayırır. Maraqlıdı ki, portuqaliyalı superulduz son 3 qolunu məhz bu rəqibə vurub.

Fevralda bu komandalar 10-cu turdan təxirə salınan matçda qarşılaşmışdılar. ''Əl-Nəssr''in səfərdə 5:0 üstün olduğu oyunda Ronaldo aktivinə 1 qol yazmışdı. Son matçın ən diqqətçəkən məqamı Kriştianonun penaltidən öncəki görüntüləri olub.

Belə ki, ''Qızıl top''un beşqat qalibi penaltidən komandasının 3-cü, özünün 1-ci qolunu vurmamışdan öncə onun ağzından ''Bismillah'' sözü çıxıb. Canlı yayında ekrana düşən bu görüntü sosial şəbəkələrdə sürətlə yayılıb.

Qələbə seriyası daxili çempionatda 13, rəsmi matçlarda 15 oyuna çatan ''Əl-Nəssr'' ən yaxın rəqibini 3 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.

Chosen
16
13
football-plus.az

10Sources