EN

“Artıq məşqçi olmaq istəmirəm, heç nə üçün darıxmıram”

Almaniyalı mütəxəssis Yurgen Klopp məşqçiliyə qayıtmaq niyyətində olmadığını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Real”la mümkün danışıqlarla bağlı yayılan xəbərlərə baxmayaraq, bu ehtimalı qəti şəkildə rədd edib:

“Artıq məşqçi olmaq istəmirəm. Heç nə üçün darıxmıram. 25 il ərzində cəmi dörd dəfə kinoya getmişəm.

Bu səfərlərin hamısı son səkkiz həftədə olub. Bundan zövq alıram”.

Kloppun son iş yeri “Liverpul” olub. O, İngiltərə komandasını 2015–2024-cü illərdə çalışdırıb.

Chosen
32
50
sportinfo.az

10Sources