Kiyevin Borşaqovka rayonunda iki partlayış baş verib, bundan sonra ərazidə yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ilkin məlumatı yerli kanallar yayıb.
Ukrayna mənbələrində yayılan son məlumatlara görə, Kiyev ətrafında, o cümlədən Sofiyevskaya Borşaqovka istiqamətində zərər və yanğın faktları qeydə alınıb.
Bununla belə, partlayışların səbəbi və nəticələri ilə bağlı rəsmi açıqlama hələlik məhduddur.
İlkin məlumat olduğu üçün ölən və yaralananlarla bağlı dəqiq rəqəmlər açıqlanmayıb. Hadisə ilə bağlı əlavə təfərrüatlar gözlənilir.
Bizim.Media