EN

Müharibənin təsirləri: ABŞ də benzin kəskin bahalaşdı

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-də İranla başlayan müharibə fonunda yanacaq qiymətlərində kəskin artım müşahidə olunur.

Modern.az xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına əsasən, ölkədə benzinin bir qallonunun orta qiyməti 4,10 dollara (litrə görə 1,08 dollar) yüksəlib. Bu göstərici ABŞ-İsrailin İrana zərbələri başlayandan bəri 37% artım deməkdir.

Bildirilib ki, təkcə son bir həftə ərzində qiymətlər 12 sent bahalaşıb. Artımın əsas səbəbi isə dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20%-nin keçdiyi Hörmüz boğazında yaranmış gərginlik və Yaxın Şərqdə neft hasilatının zəifləməsidir.

Qiymətlərin ən yüksək olduğu ştat Kaliforniyadır – burada bir qallon benzin təxminən 5,92 dollar (litrə 1,56 dollar) təşkil edir. Ən aşağı qiymətlər isə Oklahomada qeydə alınıb – bir qallon üçün 3,29 dollar (litrə 0,87 dollar).

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, həmçinin Fars körfəzi regionunda yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb. Regiondakı gərginlik səbəbilə bir sıra ölkələr hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei də hücumlar nəticəsində həyatını itirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
47
modern.az

10Sources