ain.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ-da benzin qiymətləri son illərin ən yüksək səviyyələrindən birinə çatıb.
“Qafqazinfo”nun məlumatına görə, ölkə üzrə benzinin orta qiyməti dörd ildən sonra ilk dəfə olaraq qallon (1 qallon təxminən 3,8 litrə bərabərdir - red.) üçün 4 dollar həddini keçib.
Qiymət artımının əsas səbəblərindən biri kimi qlobal neft bazarındakı dalğalanmalar və Yaxın Şərqdə davam edən gərginlik göstərilir.
Bildirilir ki, xüsusilə ABŞ, İran və İsrail arasında artan qarşıdurma enerji bazarına mənfi təsir edərək qiymətləri yüksəldib.
Artım daha çox böyük və sahilyanı ştatlarda hiss olunur. Belə ki, Kaliforniyada benzinin qiyməti qallon üçün 5,90 dollar, Vaşinqtonda 5,10 dollar, Oreqonda 4,70 dollar, Nyu-Yorkda isə 4 dollar səviyyəsinə yüksəlib.
Qiymət artımı gündəlik həyata da təsirsiz ötüşməyib. Bir çox yanacaqdoldurma məntəqələrində nəqliyyat vasitələrinin sayında azalma müşahidə olunur. ABŞ vətəndaşları artan xərclərə görə avtomobildən daha az istifadə etməyə və alternativ nəqliyyat vasitələrinə üstünlük verməyə başlayıblar.
Yaxın dövrdə qiymətlərin daha da arta biləcəyi barədə xəbərdarlıq edilir, orta göstəricinin qallon üçün 4,50-5 dollar aralığına yüksəlməsi ehtimalı istisna olunmur.
Qeyd edək ki, ABŞ-də benzin qiymətləri sonuncu dəfə 2022-ci ildə qallon üçün 5 dollar səviyyəsinə qədər yüksəlmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.