Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, Göygöl rayonu, Quşqara kənd sakini, 1993-ci il təvəllüdlü Miri İsmayılov bu gün xəstəxanada vəfat edib.
Onun hansı səbəbdən öldüyü bilinmir.
Məlumata görə, o, beş ilə yaxındır Gəncə Psixiatriya Xəstəxanasında müalicə alırdı.
Faktla bağlı araşdırma başlanılıb.
"Cebheinfo.az"