AZ

5 ildir müalicə aldığı xəstəxanada öldü

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Göygöl rayonu, Quşqara kənd sakini, 1993-ci il təvəllüdlü Miri İsmayılov bu gün xəstəxanada vəfat edib.

Onun hansı səbəbdən öldüyü bilinmir.

Məlumata görə, o, beş ilə yaxındır Gəncə Psixiatriya Xəstəxanasında müalicə alırdı.

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az" 

Seçilən
4
36
cebheinfo.az

10Mənbələr