EN

“Mən ondan heç nə almayacam, çünki buna layiq deyil”

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor komandanın yarımmüdafiəçisi Enzo Fernandesin vitse-kapitan statusu ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis, argentinalı futbolçunun hələ də komandanın kapitanlıq strukturunun bir hissəsi olduğunu və onun bu statusunun alınmasının planlaşdırılmadığını bildirib:

“Yekun qərar “Mançester Siti” ilə keçiriləcək oyundan sonra verilə bilər. O, hələ də kapitanlıq statusundadır.

Gəlin, “Mançester Siti” ilə matçdan sonra baxaq. Mən ondan heç nə almayacam, çünki buna layiq deyil”.

Baş məşqçi daha əvvəl Fernandesin “Real”a keçmək və Madriddə yaşamaq istəyi ilə bağlı açıqlamasına görə onu iki oyunluq heyətdən kənarlaşdırmışdı.

25 yaşlı futbolçu cari mövsümdə 46 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə verib. “Real”ın onunla maraqlandığı bildirilir.

“Çelsi” aprelin 12-də, Premyer Liqanın 32-ci turunda “Mançester Siti”ni qəbul edəcək. Londonlular hazırda turnir cədvəlinin 6-cı, “Mançester Siti” isə 2-ci pilləsində qərarlaşıb.

Chosen
15
50
sportinfo.az

10Sources