Şəxsi həyatı ilə də tez-tez gündəmə gələn Türkiyə millisinin qapıçısı Berke Özerin yeni sevgi münasibəti bəlli olub.
Sportinfo.az xəbər erir ki, onun daha əvvəl dilə gətirdiyi "eşq" xəyalı qısa müddətdə gerçəyə çevrilib.
Məlumatlara görə, Berke Özer yeni bir eşqə yelkən açıb. Daha əvvəl "sevgilim alma soyub bıçağın ucu ilə mənə yedirtsin, belə bir eşq istəyirəm" deyən kiper axtardığı sevgini bəlkə də tapıb.
Özer bu sözləri ilə diqqət çəkmişdi: "Artıq sakit, səssiz, şousuz bir eşq istəyirəm. Evə gəlim, şamlar yandırılsın. Xanımım alma soyub bıçağın ucu ilə mənə yedirtsin, belə bir eşq istəyirəm. Evlilik xəyalım budur."
Məlum olub ki, Berke Özer fransız model Qloriya Dinov ilə eşq yaşayır. Dinov sosial media hesabında bu iddiaları təsdiqləyən bir paylaşım edib.