EN

"Real Madrid" məğlub oldu

Ajans.az xəbər verir ki, görüş "kral klubu"nun məğlubiyyəti ilə başa çatıb. Matçda ilk qolu 41-ci dəqiqədə "Malyorka"nın yarımmüdafiəçisi Manu Morlanes vurub. 88-ci dəqiqədə qonaqların müdafiəçisi Eder Militao matçda hesabı bərabərləşdirsə də, 90+2-ci dəqiqədə isə ev sahiblərinin hücumçusu Vedat Muriqi matçda yekun hesabı müəyyən edib - 2:1.

Bu nəticədən sonra "Real" 69 xal toplayaraq turnir cədvəlində ikinci yeri tutur. "Malyorka" 31 xalla 15-ci sıradadır.

Chosen
23
30
Ajans.az

10Sources