AZ

La Liqa: “Real Madrid” uduzub, “Barselona” “Atletiko”ya qalib gəlib

Bakı, 5 aprel, AZƏRTAC

Futbol üzrə İspaniya La Liqasında XXX turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş baş tutub.

Çempionluq uğrunda mübarizə aparan “Real Madrid” gözlənilmədən səfərdə “Malyorka”ya 1:2 hesabı ilə uduzub.

Turun mərkəzi oyunu Madriddə reallaşıb. Lider “Barselona” “Atletiko”nun qonağı olub. Matç Kataloniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:2.

Digər görüşlərdə “Real Sosyedad” evdə “Levante”ni 2 cavabsız qolla üstələyib, “Betis” isə doğma azarkeşləri önündə “Espanyol”un müqavimətini qıra bilməyib – 0:0.

Bu nəticələrdən sonra “Barselona” 76 xalla liderliyini möhkəmlədib. İkinci sıradakı “Real Madrid”in 69 xalı var. “Atletiko” isə 57 xalla 4-cüdür.

Seçilən
3
50
azertag.az

10Mənbələr