AZ

“Barselona” səfərdə “Atletiko”nu məğlub edib

İspaniya La Liqasının 30-cu turunda Madrid “Atletiko”su doğma meydanda “Barselona” ilə qarşılaşıb. 

90deqiqe.Az-ın məlumatına görə, oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Madrid şəhərində yerləşən “Metropolitano” stadionunda keçirilən görüşün baş hakimi Mateo Buskets Ferrer olub.

Matçda hesab 39-cu dəqiqədə “Atletiko”nun hücumçusu Xuliano Simeonenin qolu ilə açılıb. Lakin “Barselona” tezliklə cavab verib və 42-ci dəqiqədə Markus Reşford hesabı bərabərləşdirib. İlk hissənin əlavə olunmuş vaxtında meydan sahiblərinin yarımmüdafiəçisi Nikolas Qonsales Lamin Yamalə qarşı qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

İkinci hissənin əvvəlində hakim VAR sisteminə baxdıqdan sonra “Barselona”nın müdafiəçisi Xerard Martinin qırmızı vərəqəsini ləğv edib. Hakim oyunçunun əvvəlcə topa toxunduğunu müəyyənləşdirib.

Oyunda son nöqtəni 87-ci dəqiqədə Robert Levandovski qoyub və “Barselona” 2:1 hesabı ilə qalib gəlib.

Bu qələbədən sonra “Barselona” 30 turdan sonra xallarının sayını 76-ya çatdıraraq turnir cədvəlinə başçılıq edir. “Atletiko” isə 57 xalla dördüncü pillədə qərarlaşıb.

Növbəti turda Hans-Diter Flikin komandası aprelin 11-də evdə “Espanyol”la qarşılaşacaq. Dieqo Simeonenin komandası isə həmin gün səfərdə “Sevilya” ilə üz-üzə gələcək.

Seçilən
17
44
90deqiqe.az

10Mənbələr