EN

Rusiya MN: Gecə ərzində 87 Ukrayna dronu məhv edilib

BAKI, 5 aprel. TELEQRAF

Rusiya hava hücumundan müdafiə (HHM) vasitələri son sutka ərzində ölkə regionları üzərində Ukraynaya məxsus 87 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 4-də Moskva vaxtı ilə saat 22:00-dan aprelin 5-i 08:00-dək olan müddətdə təyyarə tipli PUA-lar məhv edilib.

Chosen
6
16
teleqraf.com

10Sources