EN

İsrail Tehrandakı SEPAH qərargahını vurdu

İsrail Hərbi Hava Qüvvələri Tehrana yeni zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Hücumların hədəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı olub. Zərbələr xüsusilə Tehrandakı Baş Qərargah və Hərbi Hava Qüvvələri Qərargahındakı əsas infrastruktur obyektlərini hədəf alıb.

Chosen
8
4
publika.az

7Sources