AZ

Tehrandakı SEPAH qərargahı vuruldu

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Hərbi Hava Qüvvələri Tehrana yeni zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Hücumların hədəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı olub. Ordu bildirir ki, zərbələr xüsusilə Tehrandakı Baş Qərargah və Hərbi Hava Qüvvələri Qərargahındakı əsas infrastruktur obyektlərini hədəf alıb.

Bundan əlavə, İsrail təyyarələri eyni vaxtda İsrailə raket atmaq üçün hazırlanmış ballistik raketlər və onların buraxılış qurğularının yerləşdiyi anbara hücum edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
4
qafqazinfo.az

7Mənbələr