EN

Şirvanda ZƏHƏRLƏNMƏ- 5 nəfərin SON HALI…

Məsələ ilə bağlı Ajans.az TƏBİB-ə sorğu ünvanlayıb. TƏBİB-dən Ajans.az-ın sorğusuna cavab olaraq, bildirilib ki,  bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanası məlumat yayıb.  Məlumatda qeyd olunub ki, 07.04.2026-cı il tarixində saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Chosen
9
8
Ajans.az

10Sources