Dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub: "Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", məlumatda qeyd olunub.
Gülcahan İmanqızı
***
10.28
Şirvanda bir ailənin 5 üzvü zəhərlənib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir ailənin 5 üzvü qida zəhərlənməsi ilə Şirvan şəhər xəstəxanasının infeksion şöbəsinə yerləşdirlib.
Onların restorandan evə sifarişlə gətirilən pizzadan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.